Bir ildə yaşayış minimumu alanların sayı 6,8 faiz artıb.
Sosial Xidmətlər Agentliyinin saytında dərc olunan statistik
məlumatlara əsasən, 2022-ci ilin iyul ayında 664 278 nəfərə yaşayış
müavinəti ödənilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə 42 012 nəfər çoxdur. 2021-ci ilin iyul ayında dövlət
yardımına ümid edənlərin sayı 622 266 nəfər olub.
Bundan başqa, son bir ildə özünü yoxsul hesab edən və maddi yardıma
ehtiyacı olan şəxslərin sayı 73 443 nəfər artıb. O cümlədən,
2021-ci ilin iyul ayında 1 059 442 nəfər ünvanlı sosial yardım
proqramında qeydiyyata alınıbsa, 2022-ci ilin iyul ayında bu rəqəm
1 132 885 nəfərə yüksəlib. Burada artım 6,9% təşkil edir.