Ölkədaxili ezamiyyətlər üçün gündəlik xərc norması hazırkı 15 laridən 30 lariyə qədər artır
Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi ilə hökumətin iclası keçirilib.

Hökumət aparatının məlumatına görə, Nazirlər Kabinetinin üzvləri hökumət aparatında keçirilən iclasda gündəliyə daxil olan 21 məsələni müzakirə ediblər.

Müzakirə olunan məsələlər arasında ezamiyyətlərin gündəlik xərclərinin artırılması ilə bağlı hökumətin qərarında dəyişiklik edilməsi də olub.

“Daha dəqiq desək, ölkədaxili ezamiyyətlər üçün gündəlik xərclərin norması hazırkı 15 laridən 30 lariyə yüksəldilir, ölkədən kənarda ezamiyyətlər və yaşayış sahəsinin kirayəsi üçün gündəlik xərclərin normaları isə mövcud reallığı nəzərə alaraq hər bir ölkəyə münasibətdə müəyyən edilir.

Dəyişiklik nəticəsində həm ölkə daxilində, həm də xaricə ezamiyyətlər zamanı gündəlik və yaşayış sahəsinin kirayəsi xərclərinin mövcud reallığa mümkün qədər uyğunluğu təmin ediləcək.

Həm dövlət, həm də özəl sektor yenilənmiş normaları rəhbər tutacaq və onlar üçün maliyyə nazirinin əmri ilə oxşar normalar müəyyən ediləcək”,
- məlumatda deyilir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google