Tbilisinin Qldani rayonunda 7 yaşlı uşağı maşın vurub.
“İnfo Rustavi” informasiya agentliyinin məlumatına görə, toqquşma
nəticəsində uşaq xəsarət alıb, təcili yardım briqadası onu tibb
müəssisəsinə çatdırıb. Zərərçəkmiş ciddi xəsarət almayıb.
Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmalara başlayıb.