“Rustavi polad” neçə milyon lari qazanıb?

"Rustavi polad" şirkəti maliyyə göstəricilərini açıqlayıb.

Auditdən keçmiş maliyyə hesabatlarına əsasən, Gürcüstanın ən böyük metallurgiya müəssisəsinin gəliri 2021-ci ildə 338 milyon lari təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 115 milyon lari çoxdur. Bu, Rustavi polad üçün satış artımının tarixən böyük göstəricisi idi.
Nəticədə şirkət 69 milyonluq qeyri-adi böyük gəlir əldə edə bilib.

“2020-ci ildə şirkət 35 tonluq yeni qövs sobasının tikintisinə başlayıb. 2021-ci ilin birinci yarısında şirkət polad istehsalının ümumi həcmini ildə 400 min tona çatdıran yeni 35 tonluq sobanın tikintisini uğurla başa çatdırdı. Yeni qövs sobası tikişsiz borular üçün də dairəvi məhsullar istehsal edir ki, bu da bütün istehsal prosesini optimallaşdırmağa kömək edəcək. 2021-ci ildə şirkət müəssisənin səmərəliliyini və məhsuldarlığını artırmaq məqsədilə armatur prokat üçün yeni istilik sobasının yaradılmasına başlayıb”, - deyə şirkətin hesabatında bildirilir.

"Rutavi polad" MMC 2011-ci ildə yaradılıb. Şirkətin audit edilmiş maliyyə hesabatlarına əsasən, o, iki ana şirkətə - Tolanius Beheer BV (Hollandiya) və Nominee SP Trustees GmbH (İsveçrə) məxsusdur. Şirkət özü Hunnewell Partners tərəfindən idarə olunur.

Hesabata görə, şirkətin satış gəlirləri seqmentlər üzrə aşağıdakı kimi bölüşdürülür:
Ümumi gəlir - 337,8 milyon lari;
Armatur satışı - 300,8 milyon lari;
Dikişsiz borular - 27,8 milyon lari.
Fərdi bazarlara görə, şirkətin 2021-ci ildə gəlirləri aşağıdakı kimi olub:
Gürcüstan - 302 milyon lari;
Asiya - 13,8 milyon lari;
Avropa İttifaqı - 9,8 milyon lari;
ABŞ - 5,9 milyon lari

Şirkətin maliyyə vəziyyətinə gəlincə, Rustavi Metallurgiya Zavodunun ümumi aktivlərinin dəyəri 31 dekabr 2021-ci il tarixinə 296 milyon lari, öhdəlikləri isə 294 milyon lari təşkil edib.

Mənbə: BM

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google