Marneulidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Bu gün, saat 14:30 radələrində, Marneulinin Kostava küçəsində, 2 saylı ictimai məktəbinin yaxınlığında yeniyetmə qızı maşın vurub. Hadisə şahidlərinin sözlərinə görə, xəsarət alan qız hadisə yerindəcə dünyasını dəyişib.


Yeniyetmə qızın 17 yaşı olduğu bildirilir. Hadisənin baş verdiyi əraziyə yol patrul xidmətinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata görə, hadisə ilə bağlı araşdırmanın hansı maddə ilə aparılacağı daha sonra məlum olacaq.


"Marneuli" Radiosu
Print