Zaur Darğallı Marneulidə qəza zamanı həyatını itirən yeniyetmənin ailəsinə başsağlığı verib
Gürcüstan Parlamentinin Marneuli və Qardabani seçki dairəsindən seçilmiş deputatı Zaur Darğallı 23 noyabr tarixində Marneulidə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən 17 yaşlı yeniyetmənin ailəsinə başsağlığı verib.

Majoritar deputat öz “Facebook” səhifəsində həyatını itirən yeniyetmənin ailəsinə səbir diləyib və hadisənin onu kədərləndirdiyini vurğulayıb.

Paylaşımı olduğu kimi təqdim edirik:

“Marneulidə 12-ci sinif şagirdi Firəngiz Xəlilovanın faciəli ölümü hər birimizi çox kədərləndirdi. Allahdan rəhmət, ailəsinə, yaxınlarına və dostlarına səbir diləyirəm”.

Qeyd edək ki, 23 noyabr tarixində Marneulinin Kostava küçəsində, 2 saylı ictimai məktəbin yaxınlığında yeniyetmə qızı maşın vurub. Hadisə şahidlərinin sözlərinə görə, xəsarət alan qız hadisə yerindəcə dünyasını dəyişib.
"Marneuli" Radiosu

Print
თეგები: Başsağlığı Qəza Zaur Darğallı