Cambul Xoperia Ukraynada, Rusiyanın hərbi təcavüzünə qarşı
müharibədə həlak olub. O, Rusiya-Ukrayna müharibəsində həlak olan
28-ci döyüşçüdür. Xəbəri həlak olan döyüşçünün atası Arçil Xoperia
şəxsi Facebook səhifəsində yayıb.
“Bizi sındırmaq olmaz. Bu, bizim taleyimizdir və bacardığımız qədər
bu sınaqla üzləşəcəyik...” Arçil Xoperia yazıb.
Rusiya fevralın 24-də Ukraynada genişmiqyaslı müharibəyə başlayıb.
Ukraynada yaşayan və ya Gürcüstandan olan onlarla könüllü Ukrayna
tərəfində döyüşür.
İlk dəfə martın 18-də gürcü döyüşçülərinin həlak olması ilə bağlı
məlumat yayılmışdı.Ukraynada daha bir gürcü döyüşçü - Cambul
Xoperia həlak olub