"Energo Pro Georgia" şirkəti tərəfindən həyata keçirilən elektrik
şəbəkəsinin planlı bərpa işlərinə görə,
9 dekabr tarixində Marneuli bələdiyyəsində elektrik enerjisinin
verilməsində fasilələr yaranacaq.
Şirkətdən verilən məlumata görə, bu gün saat 11:10-dan 18:00-a kimi
Marneuli rayonunun Əzizkənd, Təzəkənd, Algeti,
Hacisəkənd, Xutor Lejbəddin, Böyük Muğanlı, Lejbəddin, Birinci
Kosalı, İkinci Kosalı, Kəpənəkçi, Keşəli, Qaçağan, Ağməmmədli,
Təkəli, Kirəç Muğanlı, Xancığazlı, Axlımahmudlu, Araflı, Qasımlı,
Şulaveri və ətraf kəndlərində elektrik enerjisinin
verilməsi müvəqqəti olaraq dayandırılacaq.
Bərpa işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilməsi
bərpa olunacaq və həmişəki rejimdə veriləcək.
Mənbə: tv4.ge