Levan Xabeişvili “Vahid Milli Hərəkat”ın sədri seçilib
Levan Xabeişvili “Vahid Milli Hərəkat”ın sədri seçilib. Səsvermənin nəticələri bir neçə dəqiqə əvvəl açıqlanıb.

O, səslərin 52,58 faizini toplayıb.

“Vahid Milli Hərəkat”ın sədrliyinə seçkilərdə 4 namizəd iştirak edib: Nika Melia, Levan Xabeişvili, Qiorqi Mumladze və Nona Mamulaşvili. Səsvermə prosesi yanvarın 28-də səhər saat 10:00-da başlayıb və yanvarın 30-da saat 10:00-da başa çatıb.
Print ელ. ფოსტა
FaceBook Twitter Google