Vəkil Zaza Papidze iddia edib ki, Batumi polisinin 7-ci şöbəsində
himayəsində olan şəxs zorakılığa məruz qalıb. Vəkil ilkin olaraq
Facebook səhifəsində məlumat yayıb.
"Batuminin 7-ci polis bölməsi nə vaxt qəssabxana təşkil etməklə
məşğul olub?! Əgər polis idarəsində polis/polislər həbs olunan
şəxsin alnına stəkan ilə iki dəfə vurursa, onun başını yarıb beyni
silkələnməsinə düçar edirsə, sonra onu xəstəxanaya aparanda bütün
gecəni qandallı saxlayırsa... Belə işgəncə növünü harada
öyrənmisinizx?!”, - deyə Papidze yazıb.
Vəkilin sözlərinə görə, himayəsində olan şəxs polisə müqavimət
ittihamı ilə saxlanılıb. Yanvarın 31-də Batumi Şəhər Məhkəməsi
saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçib.
Artıq Xüsusi İstintaq Xidməti faktla bağlı araşdırmalara başlayıb.
“Publika” agentliyinin verdiyi məlumata görə, istintaq 333-cü
maddənin 3-cü hissəsinin “b” bəndi, yəni dövlət-siyasi vəzifə tutan
şəxs tərəfindən zor tətbiq etməklə və ya silahdan istifadə etməklə
vəzifə səlahiyyətlərini aşma maddəsi ilə başlayıb.