Polşa Saakaşviliyə tibbi yardım göstərmək üçün Gürcüstana həkim göndərməyə hazırdır
Polşa həkimləri Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşviliyə tibbi yardım göstərmək üçün Gürcüstana getməyə hazırdır.

Bu barədə Polşa hökumət kabinetinin mətbuat katibi Piotr Müller bu gün keçirdiyi mətbuat brifinqində deyib.

"Hazırda biz bununla bağlı gürcü tərəfdən rəsmi razılıq gözləyirik. Ümid edirik ki, belə bir razılıq olacaq. Əgər Gürcüstan hakimiyyətinin özünü qınamağa, çəkinməyə heç bir səbəbi yoxdursa, mən buna etiraz üçün heç bir səbəb görmürəm", - o əlavə edib.

Piotr Müller vurğulayıb ki, Saakaşviliyə göstərilən tibbi yardım beynəlxalq ictimaiyyətdə ciddi şübhələr yaradır.

"Biz Gürcüstana tibbi missiya yönəltməklə həmin şübhələri bu şəkildə aydınlaşdırmağa hazırıq", - o əlavə edib.

Mənbə: apa.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google