Gürcüstanın paytaxtı Tbilisidə yenidən etiraz aksiyaları başlayıb.
Aksiyalar televiziya kanalları ilə yayımlanmır.
Məlumata görə, etirazçılar parlament binası önünə toplaşıblar.
Əvvəlki aksiyalardan fərqli olaraq, budəfəki etirazçılar “Xarici
agentlər haqqında" qanun layihəsini dəstəkləyir və buna etiraz
bildirənləri tənqid edirlər.
Xatırladaq ki, martın 7-də axşam saatlarında “Xarici agentlər
haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edildikdən sonra
Gürcüstan parlamentinin binası yaxınlığında etirazçılarla Daxili
İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsinin hərbçiləri arasında
toqquşma baş verib. Polis etirazçılara qarşı su şırnaqları və
gözyaşardıcı qazdan istifadə edib, buna cavab olaraq etirazçılar
onlara və parlament binasına molotov kokteyli və daş atmağa
başlayıb, həmçinin barrikadalar qurub.
Gürcüstanda “Xarici agentlər haqqında” qanun layihəsi Rusiya
qanununun analoqu adlanır. Onun qəbulunu hakim “Gürcü arzusu”
partiyası dəstəkləyir.
Gürcüstan Prezidenti Salome Zurabişvili qanuna veto qoyacağını vəd
edərək etirazçıları dəstəkləyib. Ardınca hakim partiya qanun
layihələrini parlamentdən geri götürdüyünü açıqlayıb.