Rusiyapərəst “Alt-İnfo” parlamentin qarşısında qaldırılan Aİ bayrağını yandırıb
Rusiyayönlü “Alt-İnfo”nun zorakı qrupları parlamentin qarşısında qaldırılmış Aİ bayrağını aşağı salıb, tapdalayıb və yandırıblar.

Polis də hadisə yerində olub, lakin buna baxmayaraq, rusiyayönlü qruplar yenə də Aİ bayrağını yandıra biliblər.


Rusiyayönlü zorakı qrupların parlamentin yaxınlığında Aİ bayrağını söküb yandırması ilk dəfə deyil. Onlar bunu 2021-ci il iyulun 5-6-da nümayişlər zamanı parlamentin qarşısında qaldırılmış Aİ bayrağını iki dəfə endirərkən ediblər.

2022-ci ilin yanvarından Gürcüstanda Avropa İttifaqının, NATO-nun və ya digər beynəlxalq təşkilatın dövlət qurumu tərəfindən ucaldılmış/nümayiş etdirilmiş rəsmi simvolunu təhqir etməyə görə cəza nəzərdə tutan qanun qüvvəyə minib.

Xüsusilə, Avropa İttifaqının, Şimali Atlantika Müqaviləsi Təşkilatının və ya digər beynəlxalq təşkilatın dövlət qurumu tərəfindən ucaldılmış/nümayiş etdirilmiş rəsmi rəmzinin təhqir edilməsi və ya bir dövlətin dövlət qurumu tərəfindən ucaldılan/nümayiş etdirilən bayrağının və ya gerbinin təhqir edilməsinə görə - fiziki şəxs halında 1000 lari məbləğində cərimə olunur.

Bu hərəkət inzibati cəzaya məruz qalan şəxs tərəfindən törədildikdə, bu, 2000 lari məbləğində cərimə və ya şəxsin 15 günədək müddətə inzibati həbs cəzası ilə nəticələnir.

Netgazet bayrağın yandırılmasından sonra Daxili İşlər Nazirliyindən hər hansı hüquqi cavab gəlib-gəlmədiyini öyrənməyə çalışır.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google