Muxianidəki binalardan birinin liftində meyit tapılıb
Tbilisinin Muxiani şəhərində yaşayış binalarından birinin liftində meyit tapılıb. Məlumata görə, liftdə yanğın izləri olub. Kişinin ölüm səbəbi məlum deyil.

Daxili İşlər Nazirliyindən “Publika”ya verilən məlumata görə, artıq polis əməkdaşları hadisə yerindədir və müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Mənbə: Publika
Print ელ. ფოსტა
FaceBook Twitter Google