Mtatsmindadan Rustaveliyə 4 dəqiqəyə çatmaq mümkün olacaq — Kaladze
Tbilisi meri Kaxa Kaladzenin sözlərinə görə, Rustaveli prospekti ilə Mtatsminda parkını birləşdirən kanat yolunun tikintisi bu ilin sonunadək başa çatacaq. Nəticədə, merin dediyi kimi, Mtatsmindadan Rustaveliyə və əksinə 4 dəqiqəyə çatmaq mümkün olacaq.

Kaladzenin bu gün, martın 22-də Tbilisi hökumətinin iclasında elan etdiyi kimi, kanat yolu saatda 1100 sərnişinə xidmət göstərəcək.

"Sözügedən layihə ilə bağlı müəyyən çətinliklər var idi - biz bir neçə ailəni ərazidən çıxarmalı olduq ki, işlər təhlükəsiz aparılsın və istismara verildikdən sonra heç bir təhlükə olmasın",
- Tbilisi meri bildirib.

Meriyadan verilən məlumata görə, Rustaveli prospekti ilə Mtatsminda parkını birləşdirən kanat yolunda 21 qondola hərəkət edəcək. Yolu əhatə etmənin orta sürəti 4,07 dəqiqə, marşrutun uzunluğu 845 metr olacaq.

Print ელ. ფოსტა
FaceBook Twitter Google