Tbilisi meri Kaxa Kaladzenin sözlərinə görə, Rustaveli prospekti
ilə Mtatsminda parkını birləşdirən kanat yolunun tikintisi bu ilin
sonunadək başa çatacaq.
Nəticədə, merin dediyi kimi, Mtatsmindadan Rustaveliyə və əksinə 4
dəqiqəyə çatmaq mümkün olacaq.
Kaladzenin bu gün, martın 22-də Tbilisi hökumətinin iclasında elan
etdiyi kimi, kanat yolu saatda 1100 sərnişinə xidmət
göstərəcək.
"Sözügedən layihə ilə bağlı müəyyən çətinliklər var idi - biz bir
neçə ailəni ərazidən çıxarmalı olduq ki, işlər təhlükəsiz aparılsın
və istismara verildikdən sonra heç bir təhlükə
olmasın", - Tbilisi meri bildirib.
Meriyadan verilən məlumata görə, Rustaveli prospekti ilə Mtatsminda
parkını birləşdirən kanat yolunda 21 qondola hərəkət edəcək. Yolu
əhatə etmənin orta sürəti 4,07 dəqiqə, marşrutun uzunluğu 845 metr
olacaq.