Muxianidə bir nəfəri liftdə adam öldürməkdə ittiham edərək saxladıq - Daxili İşlər Nazirliyi
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Muxianidə liftdə bir nəfəri öldürməkdə təqsirli bilinən bir nəfər saxlanılıb.

Ötən gün Muxianidəki yaşayış binalarından birinin liftində kişi meyiti tapılıb. Meyitin yaxınlığında yanğın izlərinin olduğu bildirilib. Daxili İşlər Nazirliyinin bugünkü açıqlaması da sonuncunu təsdiqləyir.

“İstintaq müəyyən edib ki, bu il martın 22-də Tbilisi şəhərində təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində tanışı - 1959-cu il təvəllüdlü R.M.-yə soyuq silahla xəsarət yetirib sonra isə ört-basdır etmək məqsədi ilə meyiti yandırıb və hadisə yerindən gizlənib”
, - agentlik yazır və əlavə edir ki, təqsirləndirilən şəxs bir neçə saatdan sonra saxlanılıb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsinin “M” bəndi ilə aparılır.Cinayət 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Mənbə: Netgazeti

Print ელ. ფოსტა
FaceBook Twitter Google