Almaniyanın xarici işlər naziri Analena Berbok bu gün Gürcüstana
səfər edəcək.
Bu barədə Almaniyanın Gürcüstandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, Berbok martın 24-dək davam edəcək səfəri
çərçivəsində Gürcüstan Prezidenti Salome Zurabişvili, Baş nazir
İrakli Qaribaşvili və xarici işlər naziri İliya Darçiaşvili ilə
görüşlər keçiriləcək.
Analena Berbokun həmçinin, Gürcüstanın vətəndaş cəmiyyəti və
müxalifət nümayəndələri ilə də görüşləri planlaşdırılıb.
Məlumatda qeyd edilib ki, səfərin məqsədi ölkələr arasında sıx və
birbaşa əlaqələr yaratmaq, Gürcüstanın Avropa perspektivi üçün
əməkdaşlığı dərinləşdirməkdir.