Moskva məhkəməsi “Gürcüstan legionu”nun 4 üzvünü qiyabi həbsə məhkum edib
Moskvanın Basman Rayon Məhkəməsi Ukraynada döyüşən “Gürcüstan Milli Legionu”nun dörd üzvünü qiyabi həbsə məhkum edib – bu haqda “Mediazona” xəbər verib.


Nəşrin məlumatına görə, məhkum edilmiş döyüşçülər arasında Laşa Ruxaia, Vasil Alibeqaşvili, Erekle Amiranaşvili və Veka Apresov da var. Onlar Cinayət Məcəlləsinin 359-cu maddəsinin 3-cü hissəsini - “muzdluluöu” pozmaqda ittiham olunublar. Moskva məhkəməsi martın 3-də qiyabi həbs qərarı çıxarıb, baxmayaraq ki, bu, yalnız bu gün məhkəmə sənədlərində yer alıb.

Ötən ilin aprelində İstintaq Komitəsi “Gürcüstan Milli Legionu”nun 24 üzvünə qarşı eyni maddə ilə cinayət işi başlandığını elan edib. Ruxaia, Alibeqaşvili, Amiranaşvili və Apresov da onların arasında idi.

“Gürcüstan legionu” 2014-cü ildən Ukrayna qüvvələrinin yanında döyüşən silahlı birləşmədir. Əsasən silahlı münaqişələrdə döyüşmək təcrübəsi olan keçmiş gürcü hərbçilərindən ibarətdir.

Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin tabeliyində olan “Gürcüstan legionu” təxminən 1300 əsgəri birləşdirir.
Mənbə: Publika

Print ელ. ფოსტა
FaceBook Twitter Google