Almaniyanın xarici işlər naziri Annalena Berbok Gürcüstana
ikigünlük rəsmi səfərə gəlib.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin feysbuk səhifəsində
məlumat verilib.
Bildirilib ki, almaniyalı diplomatı hava limanında Gürcüstan XİN
başçısının müavini Xatuna Totladze qarşılayıb.
Ölkəyə səfəri çərçivəsində Almaniyanın baş diplomatı hökumət
başçısı İrakli Qaribaşvili və Prezident Salome Zurabişvili ilə
görüşəcək. A. Barbek həmçinin təmas xəttinə yollanacaq, oradakı
durumla tanış olacaq.
Qeyd olunub ki, bu, Annalena Berbokun Gürcüstana ilk rəsmi
səfəridir.