2023-cü ilin yanvar-fevral aylarında biletsiz sərnişinlərdən
büdcəyə 569 773 lari cərimə daxil olub ki, bu da ötən ilin eyni
dövrü ilə müqayisədə təxminən 5,5 dəfə çoxdur.
Dövlət büdcəsinə daxilolmalarda oxuduğumuz kimi (konsolidasiya
edilmədən) 2022-ci ilin 2 ayında biletsiz getdiklərinə görə
cərimələnən şəxslərdən büdcəyə 102 655 lari yığılıb.
2022-ci ilin tam məlumatlarına gəlincə, biletsiz sərnişinlərdən
cərimə kimi 2 294 426 lari daxil olub.
Məlumat üçün bildirək ki, Tbilisidə bələdiyyə nəqliyyatı ilə,
xüsusən də avtobusla biletsiz səyahət edənlərə 20 lari cərimə
tətbiq edilir. Əgər şəxs 30 gün ərzində cəriməni ödəməsə, 40 lari
məbləğində cərimə tətbiq edilir.