Tbilisidə Beliaşvili küçəsində səhər saatlarında bir nəfər
öldürülüb. “İnterpressnews”a hadisə yerindən verilən məlumata görə,
öldürülən şəxs 60 yaşlarındadır.
Əldə olan məlumata görə, qətl soyuq silahla törədilib. Bundan
başqa, yayılan məlumatlara görə, cinayəti törətməkdə şübhəli
bilinən şəxs isti izlərlə saxlanılıb.
Hadisə yerində patrul polisi və kriminalistlər işləyir.