Gürcüstan prezidenti Salome Zurabişvili “TV Pirveli” telekanalına
müsahibəsində “Mtavari” kanalının yaradıcısı Nika Qvaramianı əfv
edib-etməyəcəyini cavablandırıb.
"Mən bununla bağlı nə “hə” demirəm, nə də “yox”", -
deyə president bildirib.
Salome Zurabişvilinin sözlərinə görə, “bu məsələ açıqdadır”.
“Prezidentin şəxsi kin-küdurəti ola bilməz və hesab edirəm ki,
məndə bunun üç nümunəsi var idi - Okruaşvili, Rurua, Uqulava.
Ona görə də məsələ açıqdadır. Yeganə maneələr Avropa
parlamentarilərinin tövsiyələri və ya təzyiqləri, hətta
qətnamələridir.
Onlara birbaşa dedim ki, bizim kiçik ölkə olmağımız o demək deyil
ki, onlar bunu öz üzərlərinə götürüb şəxsən mənə elə bir mesaj
versinlər ki, gəlin kiməsə rəhm edək. Heç kimin heç bir ölkəyə
qarşı bunu etməyə haqqı yoxdur. Çünki bu, heç kimdən heç də az
olmayan ölkədir və Prezidentin təqdiri Prezidentin
ixtiyarındadır.
[İmzalar və ərizələr] mənə əks təsir bağışlayır, çünki bu, azad
qərar olmalıdır.
Mən onun [Qvaramianın] mövqeyini yüksək qiymətləndirirəm. Mən sizə
nə olacağını və bunun necə olacağını vaxtı ilə deyəcəyəm”,
- Zurabişvili bildirib.