SOCAR Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan vasitəsilə tranzitinə başlayıb
Azərbaycanın dövlət şirkəti SOCAR Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə tranzitinə başlayıb. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi məlumata görə, bu barədə SOCAR Midstream Operations törəmə şirkətinin məlumatında deyilir.

Şirkətdən verilən məlumata görə, BTC üçün hasil edilən Tengiz yatağı neftinin ilk partiyası martın 23-də “Prezident Heydər Əliyev” tankeri ilə Aktau limanından Bakı Səngəçal terminalına daşınıb.
Qazaxıstan neftinin BTC ilə nəqli ildə 1,5 milyon ton neftin tranzitini nəzərdə tutan SOCAR və “Kazmunayqaz” arasında imzalanmış saziş çərçivəsində həyata keçirilir.

“SOCAR Midstream Operations” şirkətinin məlumatına görə, Qazaxıstan neftinin növbəti partiyası martın 27-də “Şuşa” tankeri ilə Aktau limanından Bakıya göndəriləcək. Bəyanatda o da bildirilir ki, “2023-cü ilin sonuna qədər Qazaxıstan neftinin Xəzər dənizində BTC vasitəsilə tranziti üçün Aktaudan Səngəçal terminalına ümumilikdə 12-14 tanker reysi həyata keçiriləcək”.


Şirkət bildirir ki, Qazaxıstan neftini BTC boru kəmərində qəbul etmək üçün SOCAR “2022-ci ildə Səngəçal terminalı ərazisində neft yığan boru kəmərləri şəbəkəsini yeniləyib və bu, BTC-nin gücündən istifadə imkanlarını artırıb”.

Məlumat üçün: cari həftənin əvvəlində Qazaxıstanın digər yatağı olan, həmçinin BTC ilə daşınması nəzərdə tutulan Kaşaqandan neftlə yüklənmiş ilk tanker Aktau limanından Bakı istiqamətində yola düşüb. “Kaşaqan” yatağından 6,9 min ton neft “Kaztransoil” tərəfindən göndərilib, onun nəqli isə “Akademik Xoşbəxt Yusifzadə” tankeri ilə həyata keçirilib.

Hazırda BTC kəməri ilə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan neft, “Şahdəniz” kondensatı və SOCAR-ın xammalı nəql olunacaq. Xəzər dənizi regionunun digər ölkələrindən də neft bu kəmərlə axacaq.

BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycandan, 249 km-i Gürcüstandan, 1076 km-i Türkiyədən keçir. Kəmərin gücü ildə 50 milyon tondan artıq neftdir.

BTC boru kəmərinin istismara verilməsindən, yəni 2006-cı il iyunun 4-dən 2022-ci ilin sonunadək Ceyhan limanından 5244 tanker yola düşüb ki, bu da bu müddət ərzində dünyaya 531 milyon tondan (3,99 milyard barel) çox neftin BTC vasitəsilə bazarların tədarük edilməsi deməkdir.

BTC Co-nun səhmdarları bunlardır: BP (30,1%), SOCAR (25%), MOL (8,9%), Equinor (8,71%), TPAO (6,53%), ENI (5%), Itochu (3,4%), ExxonMobil (2,5%) %), INPEX (2,5%), TotalEnergies (5%) və ONGCVidesh (2,36%).
Mənbə: BPN

Print ელ. ფოსტა
FaceBook Twitter Google