2023-cü ilin yanvar-fevral aylarında Gürcüstanın yük maşınlarının
nəqliyyat dəhlizindən əldə etdiyi gəlirlər artıb.
O cümlədən, birləşmiş büdcənin gəlirlərinə görə (konsolidasiya
olmadan) son 2 ayda qoşquların idarə olunmasından 24 011 352 lari,
2022-ci ilin eyni dövründə isə bu rəqəm 11 447 085 lari olub. Belə
çıxır ki, yoldan istifadə haqqının illik gəliri 2 dəfə, daha dəqiq
desək, 110% artım qeydə alınıb.
Bu göstəricilərə əsasən, cari ilin yanvar-fevral aylarında
Gürcüstanın dəhlizindən 68 604 yük maşını keçdiyi halda, 2022-ci
ilin 2 ayı ərzində dəhlizdən 57 235 yük maşını keçib. Nəticədə
Gürcüstan dəhlizindən hər il 19% daha çox tranzit qoşqu keçib.
İllik rəqəmə gəlincə, 2022-ci ildə Gürcüstan yük avtomobillərinin
nəqliyyat dəhlizində daşınmasından rekord gəlir əldə edib. O
cümlədən, birləşdirilmiş büdcənin gəlirlərinə əsasən (konsolidasiya
olmadan) qoşquların idarə olunmasından ötən il 128 055 milyon lari,
2021-ci ildə 66 414 milyon lari, 2020-ci ildə 63 064 milyon lari
daxil olub.
Məlumat üçün bildirək ki, Gürcüstan sərhədində tranzit qoşquların
yoldan istifadə haqqı 350 lari təşkil edir. Qeyd olunan tarif 20
iyun 2022-ci il tarixindən qüvvədədir. Bundan əvvəl sürücülər 200
lari ödəməli idilər. Müvafiq olaraq, büdcəyə daxilolmaların
artmasına həm Gürcüstanın nəqliyyat dəhlizində hərəkət edən yük
maşınlarının sayının artması, həm də yoldan istifadə haqqının
bahalaşması səbəb olub.