Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili insan haqları və
demokratiya uğrunda mübarizəsinə görə mükafata layiq görülüb.
Bu barədə Mixeil Saakaşvili öz Facebook səhifəsində yazır.
Mükafatlandırma mərasimi Norveçdə keçirilib.
“İnsan haqları və demokratiya uğrunda mübarizədə ən yüksək insan
haqları və demokratiya standartlarına malik bir ölkədən mükafat
almaq mənim üçün böyük şərəfdir.
Norveçdən verilən bu mükafat bəzi həmvətənlərimizi illər ərzində
məni qaralamaq kampaniyası haqqında iki dəfə düşünməyə vadar
etməlidir. Tamamilə ədalətsiz və biabırçı həbsdə olmağımı
demokratiya və insan haqları məsələsi deyil, bir növ siyasi
ayrı-seçkilik hesab edənlər düşünməlidir. Mənim həbsimə bütün sivil
dünyada bu qədər mənfi reaksiya və yalnız Kremldə və “Gürcü
arzusunda” müsbət reaksiya olması hər bir gürcüsünün mühakimə
predmeti olmalıdır”, - deyə Saakaşvili yazıb.