Marneuli bələdiyyəsində oğul atasını yaralayıb.
“İnfo Rustavi” xəbər agentliyinin məlumatına görə, ata-oğul
arasında məişət zəminində başlayan münaqişə yaralanma ilə
yekunlaşıb.
Yaralı tibb müəssisəsinə çatdırılıb, həyatı üçün təhlükə
yoxdur.
Daxili İşlər Nazirliyindən “İnfo Rusta”ya verilən məlumata görə,
hadisə ilə bağlı Cinayət Məcəlləsinin 11-ci maddəsinin 104-cü bəndi
ilə cinayət işi başlanıb. Günahkar saxlanılıb.