2023-cü ilin yanvar-fevral ayları ərzində Gürcüstanın Azərbaycanla
xarici ticarət dövriyyəsinin həcmi illik müqayisədə 8,4% artaraq
246,4 milyon dollar təşkil edib.
Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara
əsasən təqdim etdiyi hesabatında bildirilib.
Bu göstərici ilə Azərbaycan cari ilin ilk iki ayı ərzində xarici
ticarət dövriyyəsinin həcminə görə Gürcüstanın 4-cü əsas ticarət
tərəfdaşı olub. İlk üç pillədə isə Rusiya (467 milyon dollar),
Türkiyə (387 milyon dollar) və Çin (134 milyon dollar)
qərarlaşıb.
Hesabatda qeyd edilib ki, yanvar-fevral ayları ərzində Gürcüstanın
xarici ticarət dövriyyəsinin həcmi illik ifadədə 100% artaraq 2
milyard 898 milyon dollara çatıb. Bunun 1 milyard 939 milyon
dollarını idxal, 914,8 milyon dollarını isə ixrac təşkil edib.