Türkiyə Ticarət Nazirliyinin məlumatına görə, Sarpi keçid
məntəqəsində Gürcüstandan gizli şəkildə 250 su tısbağası aparan
şəxs aşkarlanıb.
Açıqlamada yazıldığı kimi, gömrük nəzarətçiləri həmin şəxsin
gödəkçəsində qeyri-adi şişlik müşahidə edərək qaçaqmalçılıq şübhəsi
ilə axtarış aparıblar və nəticədə şübhəlinin kürəyində bağlı qutu
olduğu müəyyən edilib. . Açılış nəticəsində qutuya 250 ədəd su
tısbağası qoyulduğu məlum olub.
Daha sonra tısbağaların invaziv növ olduğu (bioloji müxtəlifliyi
təhdid edən antropogen yolla yayılan bioloji növ) aşkar edilərək
Artvin Vilayəti Təbiəti Mühafizə və Milli Parklara təhvil
verilib.