“Buta Airways” yayda Bakıdan Batumiyə uçacaq
“Buta Airways” aşağıbüdcəli aviaşirkəti iyun ayının 11-dən etibarən Bakı-Batumi-Bakı istiqaməti üzrə birbaşa uçuşlar yerinə yetirməyə başlayacaq.

Loukoster Gürcüstanın Mülki Aviasiya Agentliyindən builki yay mövsümü üçün müvafiq icazə alıb.

Reyslər bazar ertəsi, cümə və bazar olmaqla həftədə üç dəfə həyata keçiriləcək. İyul ayından isə reyslərin həftəlik sayı 4-ə çatdırılacaq.

Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytından əldə etmək mümkündür.

Bakı-Batumi-Bakı marşrutu üzrə uçuşlar bu ilin sentyabr ayının 16-dək reallaşdırılacaq.

Xatırladaq ki, “Buta Airways” Gürcüstanın məşhur kurort şəhəri olan Batumiyə yay mövsümündə birbaşa reysləri 2019-cu ilin iyunundan açıb.
Mənbə: mediapost.az

Print ელ. ფოსტა
FaceBook Twitter Google