Marneuli Bələdiyyə Məclisi binasının tikintisi üçün smeta
sənədlərinin tərtib edilməsinə görə yeni tender elan edilib.
Yerli özünüidarə məbləği 30 000 lari artırıb və təmxini məbləğ 72
000 lari təşkil edir. Bələdiyyə Məclisi binası üçün ilk tender 42
000 lari elan edilmişdi. Ancaq həmin tender baş tutmadı. Şirkətlər
yeni tenderdə 10-15 iyunda iştirak edə biləcəklər. Qalib şirkət
müqavilə bağlandıqdan 95 gün ərzində işləri bələdiyyəyə təhvil
verməli olacaq.
Bələdiyyə Məclisi üçün yeni binanın inşa edilməsinə qanunvericilik
orqanında işləyən şəxslərin sayının çox olması səbəb olub. İndiki
mərhələdə meriya yalnız Bələdiyyə Məclisi binasının smeta
sənədlərinin tərtib edilməsini planlaşdırır. Tikinti işləri üçün
isə 2024-cü ilin büdcəsindən vəsait ayrılacaq.
Bələdiyyə Məclisinin yeni binasının tikiləcəyi bina Marneuli
İctimai Kitabxanasının yanında yerləşir.