Ərdoğanın andiçmə mərasimində Gürcüstanı Baş nazir təmsil edir
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyəyə səfərə yollanıb.

Bu barədə Gürcüstan hökumətinin Mətbuat xidmətindən bildirilib.

Hökumət başçısı Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcək.

Qeyd edək ki, yenidən Türkiyənin dövlət başçısı seçilmiş R.T.Ərdoğan bu gün and içəcək. Türkiyə Böyük Millət Məclisində keçiriləcək tədbirdə bir sıra ölkələrin dövlət və hökumət başçılarının iştirakı gözlənilir.

Mənbə: Birinci Kanal

Print ელ. ფოსტა
FaceBook Twitter Google