Marneulili cüdoçi Kote Kapanadze Praqada keçirilən Avropa
oyunlarının qalibidir.
Bu barədə yerli özünüidarənin səhifəsində məlumat yayımlanıb.
“Marneulili cudoçu Kote Kapanadze 73 kq çəki dərəcəsində, final
görüşündə Almaniya təmsilçisi Filip Dreksleri məğlub edib və
çempion olub. Qeyd olunan turnirdə Gürcüstanı 37 oğlan və 6 qız
cüdoçu təmsil edir. Marneuli meriyası Koteni əldə etdiyi uğura görə
təbrik edir!” – Marneuli meriyası yazıb.
Praqa 3-4 iyunda keçirilən gənclər arasında Avropa oyunlarına ev
sahibliyi edib.