Şovidə təbii fəlakət zonasında 18 yaşlı Samirə İsayevanın cəsədi
tapılıb. Bu barədə məlumatı “İnfo Rustavi”yə Samirənin qardaşı
verib. Mərhumun qardaşının sözlərinə görə, gənc qızın cəsədini bu
gün səhər saatlarında atası tanıyıb.
Samirə İsayeva iyulun 25-dən qonşuları ilə istirahət üçün Şoviyə
yollanıb. Ailə ilə son təmas avqustun 2-də olub.
“Biz sonuncu dəfə avqustun 2-də danışmışıq. Mamisonidə kotteclər
icarəyə götürmüşdülər, mən onlarla videokamera vasitəsilə
danışırdım və o, mənə dedi ki, ətrafı göstərirər, biz burada
qalırıq. İki həftəlik getmişdilər, sonra Batumiyə getməyə
hazırlaşırdılar.
Avqustun 2-dən sonra isə artıq əlaqə saxlaya bilmirik.Qonşularım
bacımın yanında idi. Ümumilikdə 4 nəfər getdi və heç biri ilə əlaqə
saxlaya bilmirik”, - deyə Samirənin qardaşı İsgəndər İsayev
“Batumelebiyə” danışarkən bildirmişdi.
Raçada, Şovidə, fəlakət zonasında dördüncü gündür xilasetmə
əməliyyatları davam edir. Avqustun 3-də Şovidə baş verən torpaq
sürüşməsi insan tələfatı ilə nəticələnib, təbii fəlakət zonasında
insanların axtarışları hələ də davam edir.
Son məlumatlara görə, təbii fəlakət nəticəsində 18 nəfər həyatını
itirib. Əldə olan məlumata görə, ölənlər arasında Davit Beriaşvili,
Qiorqi Qoqinaşvili, Ukrayna vətəndaşı Alina Polikovskasiya və
Rusiya vətəndaşı Kseniya Triçeva da var. Fövqəladə Hallar İdarəsi
xidmətinin məlumatına görə, xilasedicilər daha 17 nəfəri axtarır.
İtkin düşənlər arasında kiçik uşaqlar da var.