NATO Gürcüstana Şovi kurortunda baş verən faciə ilə əlaqədar
başsağlığı verib.
Bununla bağlı NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə
xüsusi nümayəndəsi Xavyer Kolomina tvitterdə paylaşım edib.
“Şovidə baş vermiş faciəvi sürüşməyə görə dərin kədər hissi
keçiririk. Gürcü tərəfdaşlarımıza başsağlığı veririk. Fikrimiz
faciə qurbanları və onların yaxınları ilədir”, -o,
əlavə edib.
Mediapost.az