Gürcüstanın Tuşeti rayonunun Omalo kəndindəki evlərdən birinin
zirzəmisində asılı vəziyyətdə kişi cəsədi aşkarlanıb.
Hadisə bir neçə gün öncə baş verib. Məlumata görə, son iki il
ərzində ölkə xaricində olan ev sahibi evinə baxış keçirərkən
zirzəmidə cəsəd aşkarlayıb.
Bildirilir ki, cəsəd zirzəminin tavanından kəndirlə asılı
vəziyyətdə olub. Versiyalardan birinə görə, insident bir il əvvəl
baş verib və cəsəd xarici turistə aiddir. Hadisə reyinə
ekspert-kriminalistlər cəlb edilib, istintaq aparılır.