Sentyabrın 12-də saat 16:45-də “Zaqatala” sərhəd dəstəsinin Balakən
rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının
xidməti ərazisində Azərbaycan
Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa
cəhd göstərən Sudan Respublikası vətəndaşları 1998-ci il təvəllüdlü
Hassan Abdelgadir Noreen və 1990-cı il təvəllüdlü Ahmed Mahmoud
Mohamed Abdelrahman saxlanılıb.
Qeyd edilib ki, araşdırma zamanı saxlanılan şəxslərin 09.09.2023-cü
il tarixdə ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini
pozaraq Azərbaycan Respublikasından Gürcüstana, oradan isə Avropa
ölkələrinə miqrasiya etmək niyyətində olmaları müəyyən edilib.
Həmçinin, sentyabrın 12-də saat 20:00-da “Xudat” sərhəd dəstəsinin
Xaçmaz rayonunun Xanoba kəndi yaxınlığında yerləşən sərhəd
zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya
Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən
Gəncə şəhər sakini 1963-cü il təvəllüdlü Babayev Ramiz Ələddin oğlu
saxlanılıb.
Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq
zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri
davam etdirilir.
DSX-dən vurğulanıb ki, dövlət sərhədinin etibarlı mühafizəsinin
təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində
sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam
etdirilir.
Mənbə: media.post