Milli Bank 37 milyon dollar satıb, lari yenidən ucuzlaşıb
Gürcüstan Milli Bankının məlumatına görə, sentyabrın 21-də keçirilən valyuta hərracında satışa 50 milyon ABŞ dolları çıxarılıb ki, bunun da 37 milyon 150 min ABŞ dolları satılıb. Milli Bankın açıqlamasında bildirilir ki, orta çəkili məzənnə 2,6884 lari təşkil edib.

Milli Bank ötən gün keçirdiyi valyuta hərracında 20 milyon ABŞ dolları satıb. Lakin Milli Bankın son iki gündə
57 milyon ABŞ dollarından çox satmasına baxmayaraq, lari yenə də ucuzlaşıb və qeyd olunan müdaxilə olmasaydı, yəqin ki, milli valyuta daha da ucuzlaşacaqdı.

Sabah, sentyabrın 22-də qüvvəyə minəcək 21 sentyabr tarixinə olan rəsmi məzənnəyə əsasən, 1 ABŞ dollarının dəyəri 2,6879 lari təşkil edib ki, bu da ötən günün məzənnəsindən 0,0129 lari çoxdur. Dünənki rəsmi məzənnəyə əsasən, bir ABŞ dollarının dəyəri 2,6750 lari olub ki, bu da ötən günün məzənnəsindən 3 tetri çoxdur.

Dünənki 4 tetri devalvasiyasından sonra lari bu gün Avro qarşısında bir qədər ucuzlaşıb, 1 Avronun rəsmi məzənnəsi ilə dəyəri 2,8637 lari olub ki, bu da ötən günün məzənnəsindən 0,0006 lari çoxdur.

Hakim partiya larinin devalvasiyasında müxalifəti günahlandırır. Mamuka Mdinaradze bu gün bildirib ki, müxalifətin “səylərinə” baxmayaraq, Gürcüstanın maliyyə sistemi çökməyib və “dünən bir az turbulentlik var” və bu səbəbdən Milli Banka 20 milyon satmaq lazım olub.

Bütün bunlardan əvvəl Rusiyaya qarşı beynəlxalq sanksiyaların tətbiqi qaydalarının dəyişdirilməsi olub. Hakim partiyanın sədri İrakli Kobaxidzenin Otar Partsxaladzenin hesablarının mümkün müsadirəsini konstitusiyaya zidd adlandırmasından sonra Milli Bank sanksiya rejiminin tətbiqi prosedurunu dəyişib və banklara Gürcüstan vətəndaşlarına qarşı sanksiya tətbiq etməyi qadağan edib.

Dünən bir sıra banklar beynəlxalq sanksiyalara əməl edəcəklərini bildiriblər. Milli Bankın prezidenti vəzifəsini icra edən Natia Turnava bildirib ki, bankların tənzimləyicinin müəyyən etdiyi qaydalara tabe olmamaq hüququ yoxdur.

Sentyabrın 20-də Milli Bankın İdarə Heyətinin 3 üzvünün getdiyi məlum olub. Bankın müşaviri də vəzifəsini tərk edib.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google
«« ნოემბერი 2024 »»
28293031 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1