2024-cü il yanvarın 1-dən “SOCAR Georgia Gas” MMC və “Sakorggaz”
ASC-nin pərakəndə qeyri-məişət (kommersiya) müştəriləri üçün 1 m3
təbii qazın qiyməti ƏDV daxil olmaqla 1,29 (bir lari iyirmi doqquz
tetri) lari səviyyəsində müəyyən ediləcək.
Gürcüstan hökumətinin 30 noyabr 2020-ci il tarixli 716 nömrəli
qərarı əsasında dövlət buğda unu subsidiya proqramı ilə əhatə
olunmuş çörək istehsalı
müəssisələri üçün qazın qiyməti dəyişməz
qalacaq.
Həmçinin, Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə
Komissiyası tərəfindən müəyyən edilən məişət (əhali) tarifi
dəyişməz olaraq qalır.