Marneuli meriyası 2024-2025-ci illər ərzində Marneuli
bələdiyyəsində həyata keçiriləcək 50 000 laridən artıq dəyəri olan
infrastruktur obyektlərinin tikinti işlərinə nəzarət edəcək şirkət
axtarır.
Özünüidarə bunun üçün 1 800 000 lari dəyərində tender elan
edib.
Qalib şirkət eləcə də 2024-2025-ci ildə başlanmış çoxillik tikinti
işlərinə işlər başa çatana qədər nəzarət etməlidir. Tender
sənədlərinə görə, aşağıdakı işlərə nəzarət olunmalıdır: yollar, su
təchizatı, körpülər, bina tikintiləri/bərpalar, parklar, sahil
bərkitmə işləri, idman meydançaları, mini stadionlar, kanalizasiya
sistemləri, küçə işıqları, hasarlama işləri.
“Nəzarət şirkəti hər konkret obyektdə həyata
keçirilməli olan işlərə texniki nəzarət etməlidir. Nəzarət
Gürcüstanda qüvvədə olan normativ sənədlərin, eləcə də texniki
tapşırıq və müqavilələrin şərtlərinə uyğun həyata keçirilməlidir.
Nəzarət şirkəti xidməti səlahiyyətləri konkret işlərin nəzarətinə
uyğun olan sahə mütəxəssisləri ilə təmin etməlidir. Qeyd olunan
xidmətlə əlaqədar Gürcüstanda qüvvədə olan norma və şərtlər
qorunmalıdır. Hər bir konkret layihəyə başlamazdan əvvəl təchizatçı
alıcı ilə müvafiq ixtisas və konkret layihəyə rəhbərlik edəcək
mütəxəssislərin sayı barədə razılaşmanı təmin
etməlidir”.
Meriya tərəfindən elan edilmiş 1 800 000 lari dəyərində tenderdə
iştirak etmək istəyən namizədlər 6-11 mart tarixində təkliflərini
təqdim edə bilərlər. Vəsait tamamilə yerli büdcədən
maliyyələşdirilir.