18 metrlik avtobusun hərəkət edəcəyi daha 3 marşrut

Tbilisi meri Kaxa Kaladzenin sözlərinə görə, martın 2-dən bir neçə əlavə marşrut üzrə yeni 18 metrlik avtobuslar buraxılacaq.

18 metrlik avtobuslar tədricən aşağıdakı marşrutlar üzrə paylanacaq: N301, N308 və N314.

"Artıq 160 avtobus alınıb və mərhələli şəkildə istifadəyə verilir. Onlardan 50-si artıq Tbilisidədir. Biz konkret xətlər üzrə avtobusların hərəkətinə başlamışıq. İlkin olaraq 4 əsas istiqamət seçmişik ki, orada gündəlik 55 min reys qeydə alınıb. Sərnişin axınının çox olması səbəbindən, avtobusların ilk növbədə bu istiqamətlərdə yükü yüngülləşdirməsi vacib idi. Martın 2-dən biz müxtəlif xətlər üzrə 18 metrlik avtobusların mərhələli şəkildə buraxılmasına başlayacağıq. Müvafiq məlumatları ictimaiyyətə çatdıracağıq”, - deyə Kaladze bildirib.

18 metrlik avtobus hazırda 302 nömrədə işləyir.

Mənbə: Formula

 

Print ელ. ფოსტა
თეგები: Kaxa Kaladze Tbilisi meri
FaceBook Twitter Google