Bu gün, 6 mart tarixində Marneulidə baş vermiş qəza nəticəsində 1
nömrəli marşrutun sürücüsü həyatını itirib.
Hadisə 26 May meydanında, Polis İdarəsinin yaxınlığında baş
verib.
Hadisə nəticəsində 1 nömrəli marşrutun sərnişinləri də xəsarət
alıblar. “Geo Hospitals” klinikasından “Marneuli” radiosuna
bildirdilər ki, təcili yardım onların klinikasına iki xəstə
aparıb.
“Təcili yardım biz iki xəstə gətirdi. Onlardan biri
bizim əməkdaşımızdır və o da sərnişin kimi marşrutda olub. Onların
vəziyyəti ağır deyil, yüngül xəsarət alıblar. Baş nahiyələrində yad
cisim, şüşə qırıqları var. Müayinələr aparılır və güman ki, biri
stasionara keçiriləcək, digəri isə evə buraxılacaq. Hələ ki, qəbul
şöbəsində müşahidə altındadırlar”, – “Geo
Hospitasldan” bildirirlər.
“Marneuli” radiosu Daxili İşlər Nazirliyindən təfərrüatları
araşdırır.