Marneulinin 8 küçəsində kanalların bərpası üçün dördüncü dəfə
tender elan olunub. Marneuli meriyası ərazisində mövcud olan
suvarma kanallarının bərpasını əvvəl 387 655 lariyə nəzərdə
tuturdu, ancaq yeni tenderdə vəsait 84 886 lari artırılıb.
İndiki mərhələdə vəsait 472 541 lari təşkil edir.
Tsereteli kəndində (məktəb ərazisində), Marneuli şəhəri,
Ağmaşenebeli, Vaja-Pşavela, Lermontov, Yağlıca, Tbilisi, Lağidze,
20 Yanvar küçələrində
kanalların bərpası planlaşdırılır.
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi suvarma kanallarının
bərpası üçün ilk tenderi 26 oktyabr tarixində elan edib. Tenderdə
heç bir şirkət iştirak etməyib. Buna görə, tender baş tutmayıb.
Meriya ikinci tenderi eyni vəsaitlə, 5 dekabr tarixində elan edib.
Üçüncü tender isə 15 fevral tarixində elan olunub.
18 mart tarixində elan edilmiş dördüncü tenderdə iştirak etmək
istəyənlər 26-29 mart tarixində öz təkliflərini
göndərə bilərlər. Qalib şirkət müqavilə bağlandıqdan sonra 91 gün
ərzində işləri meriyaya təhvil verməlidir.