Marneuli bələdiyyəsinin ehtiyat fondunda vəsait 70 000 lari artıb.
Bu barədə Marneuli Bələdiyyə Məclisinin 27 mart tarixində baş
tutmuş iclasında məlumat verilib. Məsələni meriyanın Büdcənin
Planlaşdırılması və Analizi Şöbəsinin rəhbəri Larisa Qleaşvili
müzakirəyə çıxarıb.
Bələdiyyə Məclisinin üzvləri büdcədə ediləcək dəyişiklikləri səs
çoxluğu ilə dəstəkləyiblər. Larisa Qelaşvili “Marneuli” radiosu ilə
söhbəti zamanı bildirir ki, Marneuli meriyasının ehtiyat
fondunun
ümumi vəsaiti 470 000 lari təşkil edir.
Ehtiyat fondu nəzərə alınmamış, fövqəladə və digər yerli əhəmiyyət
daşıyan tədbirlərin maliyyələşdirilməsi üçün bələdiyyə büdcəsi ilə
müəyyən edilmiş vəsaitləri nəzərdə tutur.
Müvafiq olaraq, ehtiyat fondunun məqsədi il ərzində misal üçün,
təbii fəlakət, epidemiyalar, ekoloji və başqa fəlakətlər zamanı
xərclərin qarşılanmasıdır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415