Marneuli meriyası ərazisinə fitnes trenajorları yerləşdiriləcək
Marneulidə, Rustaveli küçəsində fitnes trenajorlarının quraşdırılması planlaşdırılır. İdman üçün məkan meriyaya yaxın, Təhsil Resurs Mərkəzi və Uşaq Bağçaları Birliyi arasında yaradılacaq.

Trenajorların yerləşdirilməsi üçün yerli özünüidarə 56 958 lari dəyərində tender elan edib.

Tender sənədlərinə görə, meydançada müxtəlif məşq vasitələri yerləşdiriləcək. Onlar arasında əzələlər, preslər üçün trenajorlar olacaq.

İşlər dörd mərhələdə həyata keçiriləcək:
  • - Sökülmə və
    torpağın işlənməsi;
  • - Meydançanın quraşdırılması;
  • - Kölgəliyin quraşdırılması;
  • - Trenajorun quraşdırılması;
Tenderdə iştirak etmək istəyən şirkətlər 3-8 iyul tarixində öz təkliflərini təqdim edə bilərlər. Qalib şirkət müqavilə bağlandıqdan sonra 30 gün ərzində meriyaya işləri təhvil verməlidir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google