ABŞ səfiri Anaklia limanı haqda: İşğalçınızı maliyyələşdirən tərəflə əlaqələri niyə dərinləşdirirsiniz?

İşğalçınızı maliyyələşdirən tərəflə iqtisadi əlaqələri niyə dərinləşdirirsiniz? – deyə ABŞ səfiri Robin Dunniqan “İnterpressnews”a müsahibəsində Çin konsorsiumunun Anaklia limanına daxil olması barədə danışarkən bildirib.


“Gürcüstan hökumətinin müqavilə bağladığı CCCC şirkətinin sahibi Çin Kommunist Partiyasıdır və Çin ordusu ilə əlaqəli olduğu bilinir. Çin Kommunist Partiyası bu gün Rusiya ordusunun bir nömrəli bankir, bir nömrəli maliyyəçisidir. Beləliklə, bir sual yaranır ki, işğalçınızı maliyyələşdirən tərəflə iqtisadi əlaqələri niyə dərinləşdirirsiniz? Rusiya ordusu Çin Kommunist Partiyası tərəfindən maliyyələşdirilir. Bu bir sualdır.
Növbəti sual bu şirkətin keyfiyyəti və standartları ilə bağlıdır, CCCC qlobal miqyasda yaxşı reputasiyaya malik deyil. 2009-cu ildə Dünya Bankı banklara bu şirkətin həyata keçirdiyi infrastruktur layihələrinin maliyyələşdirilməsinə qadağa qoyub. Bu yaxınlarda şirkət Şri-Lankada bir liman inşa etdi və bu liman ətrafında çoxlu mübahisələr var. Bilmirəm, bu barədə oxumusunuz, amma nəhayət, Çin hökuməti Şri-Lanka torpaqlarında 99 illik icarə haqqı əldə edə bildi və onun gəmiləri, döyüş gəmiləri içəri girib-çıxa bilər. Beləliklə, Şri Lankanın öz suverenliyindən və əsas kritik infrastrukturundan imtina etdiyinə dair bir arqument var.
ABŞ Xəzinədarlığı bu şirkəti Kommunist Partiyası ordusu ilə dərin əlaqələri olan şirkətlər siyahısında şirkət kimi müəyyən edib. Beləliklə, Anaklia ilə bağlı çoxlu narahatlıqlar var. Təbii ki, bu, suveren qərardır. Ancaq mən sadəcə olaraq bu şirkətlə bağlı qlobal miqyasda mövcud olan bəzi narahatlıqları təkrarlayıram”,
- səfir bildirib.
Mənbə: Publika

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google