ABŞ Prezidenti Cozef Bayden koronavirusa yoluxub.
Bu barədə Ağ Ev məlumat yayıb.
Qeyd edilir ki, dövlət başçısının koronavirusa görə verdiyi testin
cavabı müsbət çıxıb.
Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib ki, bu gün səhər
prezident Bayden Las-Veqasdakı ilk tədbirindən sonra koronavirusa
görə verdiyi testin cavabı müsbət çıxıb:
“O, dəfələrlə peyvənd
olunub və simptomları yüngüldür”.