“İmedi” TV: “Mtavari”, “TV Pirveli” və “Formula” “Gürcü arzusunun” klipini yayımlamayana qədər müxalifətin seçki videolarını yayımlamayacağıq

“İmedi” teleşirkəti “Mtavari”, “TV Pirveli” və “Formula” “Gürcü arzusunun” klipini yayımlamayana qədər “Kollektiv Milli Hərəkat”ın seçki videolarını yayımlamayacağını bəyan edib.



“Mtavari”, Pirveli TV” və “Formula” videoçarxın qeyri-etik olduğunu, müharibə təbliğatını, milli qarşıdurmanı qızışdırmağa, seçiciləri müharibə ilə qorxutmağa çağırışları ehtiva etdiyini bildirib.
Həmin kanallar Rabitə Komissiyası tərəfindən qanun pozuntusu törədən kimi tanınıb və inzibati xəta haqqında protokol
tərtib edilib.
“İmedi”nin məlumatına görə:

“Teleimedi”nin açıq şəkildə bəyan edilmiş redaksiya siyasəti - ölkəni tam fəlakətə aparacaq “Milli Hərəkat”ın hakimiyyətə qayıtmasına imkan verməməsinə baxmayaraq, bu günə kimi onların təqdim etdiyi videoları nümayiş etdiririk. Bu halda bizim subyektiv münasibətimiz reklamların yerləşdirilməsi və ya yerləşdirilməsindən imtina ilə bağlı qərarın əsasını təşkil etmir - bütün yayımçılar ayrı-seçkilik yanaşmasını istisna etməyə və ölkədə rəqabətli seçki mühitini təmin etməyə borcludurlar ki, bu da demokratik seçkilər haqqında əsaslardan biridir.

Məhz buna görə də Milli Hərəkatın mətbuat orqanlarının yaratdığı disbalans aradan qaldırılmayana qədər (reytinqlər, reklam yayımlamamaqla qaçırdıqları saatlar və digər obyektiv meyarlar nəzərə alınmaqla) bu istiqamətdə rəqabətli seçki mühiti təmin olunmayana qədər əvvəlki hakimiyyətin kriminal simasını təmsil etdikləri Kollektiv Milli Hərəkat partiyalarının reklam videolarını yayımlamayacağıq”.
Seçkilər öncəsi “Gürcü Arzusu” Gürcüstan şəhərlərinin küçələrində təbliğat xarakterli bannerlər yerləşdirib ki, onların bir tərəfində 2022-ci ildə Rusiya tərəfindən bombalanmış Ukraynanın ağ-qara fotoşəkilləri, digər tərəfində isə Gürcüstanın rəngli fotolarını görmək olar.

Hakim partiya da oxşar mövzuda bu bannerləri əks etdirən video yayımlayıb.

“Gürcü Arzusu”nun konkret videosunu yayımlamamaq “mtavari”, “Formula” və “TV Pirvelinin” qərarıdır.

Bu qərar 300-dən çox jurnalistin üzv olduğu Jurnalist Etikasının Xartiyası həmçinin, “Media Koalisiyası”, “Beynəlxalq Şəffaflıq-Gürcüstan” və “Gürcüstanın Avropa Orbiti” tərəfindən dəstəklənib.
Mənbə: Publika

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
«« ნოემბერი 2024 »»
28293031 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1