Marneuli meriyası bələdiyyənin balansında olan nəqliyyat
vasitələrinin təmiri və texniki xidməti üçün 765 237 lari dəyərində
tender elan edib.
Qeyd olunan məbləğ xidmətin təxmini qiymətidir və müqavilə vəsaiti
60 000 lari nəzərdə tutur.
Tenderdə qalib gələn şirkət nəqliyyat vasitələrinə aşağıdakı
texniki xidmət növlərini göstərməlidir: profilaktik və diaqnostik
xidmətlər, təmirlə bağlı bütün növ xidmətlər.
Həmin xidmətlərə aşağıdakılar
daxildir:
- Ehtiyat hissələrinin təmiri və ya
dəyişdirilməsi;
- Sürtkü yağlarının dəyişdirilməsi;
- Kompüter diaqnostikası;
- Diaqnostika (hərəkət hissəsi, mühərrik, güc
blokları);
- Təkərlərin sökülməsi-yığılması,
təmiri-balanslaşdırılması;
- Alüminium və dəmir disklərin təmiri;
- Salonun təmiri (torpedo, qapı, baqaj, tavan və
s.);
- Elektrik işləri.
“Xidmət təcili şəkildə göstərilməlidir. Qalib şirkət
tender elan edənin müraciətindən sonra 1 (bir) gündən gec olmayaraq
nəqliyyat vasitəsini texniki baxışdan keçirməyə, yoxlanıldıqdan
sonra isə 1 (bir) gün müddətində alıcıya çatışmazlıqlarla bağlı
(protokolda göstərilən xidmət, həcmi və dəyəri, göstəriləcək
xidmətin yerinə yetirilmə tarixləri , yaxud bu xidmət üçün tələb
olunan ehtiyat hissələri, qiyməti) imzalamaq üçün protokol təqdim
etməlidir", - tender sənədlərinin izahatında
yazılıb.
13 avtomobilə texniki xidmət göstərmək üçün tenderdə iştirak etmək
istəyən şirkətlər 16-18 dekabr tarixində öz təkliflərini təqdim edə
bilərlər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415