Türkiyədə dağ kurortunda baş vermiş faciəyə görə matəm günü elan edilib
Türkiyənin şimal-qərbində Kartalkaya dağ-xizək kurortunda yerləşən Grand Kartal otelində baş verən yanğın nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb. 21 yanvar axşamı təsdiqlənmiş məlumatlara əsasən, 66 nəfərin ölümü qeydə alınmışdı.

Türkiyənin daxili işlər naziri jurnalistlərə bildirib ki, həlak olan 76 nəfərdən 52-nin şəxsiyyəti artıq müəyyən edilib.

12 mərtəbəli taxta otel binasında yanğın 21 yanvarın sübh saatlarında başlayıb.
Hadisə zamanı oteldə 238 nəfər olub.

Türkiyə mediasının məlumatına görə, yanğını söndürmək üçün 200-dən çox yanğınsöndürən-xilasetmə işçisi səfərbər edilib. Yanğınsöndürənlər on saatdan çox alovla mübarizə aparıblar və nəzarət altına alıblar.

Türkiyənin məşhur kurortlarından biri olan Kartalkaya İstanbuldan 270 kilometr məsafədə yerləşir.

Faciənin səbəbi hələlik məlum deyil. İş üzrə istintaqa altı prokuror rəhbərlik edir. Otel sahibi də daxil olmaqla 9 nəfər həbs edilib. Onların nədə ittiham olunduğu hələlik məlum deyil.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 22-ni milli matəm günü elan edib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google